Jafarova

Jafarova Aforizm 18-05-2026, 21:30

Aforizmlər (V)

Aforizmlər (V)
  • İnsan üçün gerçəklik nə özlüyündə xarici dünya, nə də özlüyündə daxili dünya olmayıb, bu ikisinin təmasından yaranır. (Əbu Turxan)
  • İnsan üçün iki dünya var: birinin içində yaşayır, o birini öz içində qurur. Birinci yad, ikinci – doğmadır. (Əbu Turxan)
  • İnsanın öz dünyasını genişləndirməsi təkcə öz şəxsi həyatı sayəsində deyil, həm də başqa insanların yaşantılarını da öz dünyasına qatması sayəsində mümkün olur. (Əbu Turxan)
  • İnsanla uzlaşmayan dünyalar insan üçün yoxdur və insan özü də həmin dünyalarda yoxdur. (Əbu Turxan)
  • İnsanlığın çatışmazlığı bizi təbiətdən ayırır. (Levinas)
  • Kainatda boşluqlar yox, gizlinlər var; nə vaxtsa işıqlansa, xəzinələr bəlli olacaq. (Əbu Turxan)
  • Kainatın insan dünyasında tutduğu yer bəzən insanın kainatda tutduğu yerdən də kiçik olur. (Əbu Turxan)
  • Kölgəni yox edə bilmək üçün Günəş öz zirvəsinə qalxmalıdır. (Əbu Turxan)
  • Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır. (Tur Xander)
  • Küləş tək alışıb yanmağın adəti yandırmaqdırsa, aqibəti – kül olmaqdır. (Əbu Turxan)
  • Mahiyyətlər heç vaxt itmir; zaman keçdikcə müxtəlif libaslarda yenidən üzə çıxır. (Əbu Turxan)
  • Mən haradayamsa, dünyanın mərkəzi də oradır. (Molla Nəsrəddin)
  • Mənə dayaq nöqtəsi verin, yeri yerindən oynadım. (Arximed)
  • Məntiq hamı üçün eyni olmasaydı, vahid bəşəriyyətdən danışmaq mümkün olmazdı. (Əbu Turxan)
  • Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. (Puankare)
  • Min bahar gəlsə də daş göyərməz. (Cəlaləddin Rumi)
  • Mürəkkəb hadisələr dünyası yox, hadisələrin arxasında dayanan riyazi qanunlar daha vacibdir. (Verner Heyzenberq)
  • Nəyə isə əlavə etmək mümkündürsə, kamil deyil, nədənsə bir şeyi götürmək mümkündürsə, əbədi deyil. (Kiçik Seneka)
  • Nizam öncə xaosun bətnində olur və ancaq üzə çıxdıqdan sonra biz onu görə bilirik. (Əbu Turxan)
  • Nizamın işıqlı və qaranlıq tərəfləri olduğu kimi, xaosun da qaranlıqları arxasında bir işıq vardır. (Əbu Turxan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 93 149 106 147 114

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.