ice berg

ice berg İdman 19-05-2026, 11:00

“Qarabağ” fransalı oyunçunu transfer etdi

“Qarabağ” fransalı oyunçunu transfer etdi

2026/27 mövsümünün transfer çalışmalarına start verən “Qarabağ” klubu ilk transferini gerçəkləşdirib.

 

Loading.az kluba istinadən xəbər verir ki, fransalı cinah oyunçusu Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

 

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, klubda 7 nömrəli formanı geyinəcək.

 

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

 

Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
113 135 146 96 125 110

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.