Şeytanın hiyləsi
Möminin qəti yəqin etməsi lazımdır ki, şeytanın hiyləsi nə qədər böyük görünsə də zəifdir. Şeytanın hiyləsi məğlubdur, çünki, o, batili təmsil edir, batil isə hər zaman və hər dövrdə məğlubdur.
Şeytanın insanı məhv etmək üçün istifadə etdiyi vasitələrə diqqətlə baxan görər ki, onlar zahirdə təhlükəli görünsə də məhdud vasitələrdir. Onlar yalnız öz hədəf dairəsinə girənə və ya onun ətrafında dolaşana təsir edir.
Allah İblisə bəzi imkanlar verdiyi kimi, möminə daha güclü silahlar vermişdir. Məsələn:
Allah İblisə Qiyamətə qədər möhlət vermişdir, amma mömini dünya durduqca qalan mələklərlə dəstəkləmişdir.
İblisə batili gözəl göstərmək imkanı verilmişdir, amma insana haqq göstərilmiş, iman qəlbində sevdirilmiş, o fitrətən tövhid üzərində yaradılmış, ona günah və təqva tanıdılmış, əgər Rəbbinə iman etsə, insanlar arasında onunla yol gedəcəyi nur verilmişdir.
Bundan başqa Allah peyğəmbərlər və elçilər göndərmiş, şəriətin hidayəti ilə saleh bəndəsini qorumuş, onu dünya zərərlərindən və fitnələrin azdırıcı yollarından saxlamış, ona aşkar və gizli lütflər göstərmişdir — ta ki, insan dinini salamat saxlayaraq və Rəbbi ondan razı halda dünyadan çıxsın.
Buna əsasən şeytanın ordusu — məğlub ordudur...






