Kukulka

Kukulka Xəbərlər 10-11-2017, 14:44

Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldu

Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldu




Ağcabədi rayonunda qəbiristanlıqdan oğurluq edənlər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Dərhal görülən tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
481 490 513 446 468 426

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.