cabir

cabir Xəbərlər 22-05-2026, 17:30

Gürcüstan Aİ-yə Ukrayna və Moldova yolu ilə getmək istəmir

Gürcüstan Aİ-yə Ukrayna və Moldova yolu ilə getmək istəmir

Gürcüstanın Avropa İttifaqına (Aİ) Ukrayna və ya Moldova modeli ilə qoşulmaq niyyəti yoxdur.                Sun.Az               

xəbər verir ki, bu barədə Şalva Papuaşvili Gürcüstanın Birinci Kanalına açıqlamasında bildirib.                   

"Gürcüstan nə Ukraynanın, nə də Moldovanın Avropa İttifaqına gedən yolunu izləmək niyyətindədir. Ukraynanın Aİ-yə gedən yolu ərazilərinin itirilməsindən, Moldovanın yolu isə dövlətçiliyinin zəiflədilməsi və başqa bir ölkə tərəfindən ilhaq təhlükəsindən keçir", - deyə parlament sədri vurğulayıb.

Papuaşvili əlavə edib ki, bəzi xarici qüvvələr Gürcüstana müstəqilliyin artıq yük olduğunu aşılamağa və ölkənin Aİ-yə qoşulmaq üçün bundan imtina etməli olduğu fikrini formalaşdırmağa çalışırlar.

              

                  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
131 84 100 117 97 107

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.