cabir

cabir Xəbərlər 22-05-2026, 19:40

Moskva: Ermənistan həm Aİ, həm də Aİİ üzvü ola bilməz

Moskva: Ermənistan həm Aİ, həm də Aİİ üzvü ola bilməz

Ermənistanın eyni vaxtda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil.                           Sun.Az        

xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya rəsmisi Mixail Qaluzin bildirib.                                   

Diplomat qeyd edib ki, Ermənistanın hər iki ittifaqda eyni anda təmsil olunması "iki toyda birdən rəqs etməyə" bənzəyir.

"Əlbəttə ki, eyni vaxtda iki ittifaqın üzvü olmaq mümkün deyil. Necə deyərlər, Ermənistan iki toyda birdən rəqs edə bilməyəcək", - deyə o vurğulayıb.

Qaluzin əlavə edib ki, Yerevanın son addımları müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmir.

O həmçinin bildirib ki, Ermənistanın avroyönümlü siyasəti və Avropa İttifaqının Rusiyaya qarşı sərgilədiyi ritorika Moskvada müəyyən suallar yaradır.

  

  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
86 100 113 92 125 101

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.