İlahi, sən saxla gör nə zamandır.
Bu namərd dünyanın tək-tük mərdi var,
Mərd olan kəslərin min bir dərdi var,
Bu pis zəmanənin sanki şərti var:
"Yaxşı gün görəcək kim ki, yamandır",
İlahi, sən saxla, gör nə zamandır.
Dünyamız dövr edir sanki tərsinə,
Alim qulaq asır cahil dərsinə,
Şirlər çaqqallara gərmir ki sinə.
Yaxşılar görməsin bəla, amandır,
İlahi, sən saxla, gör nə zamandır.
Zalim ömür sürür gözəl, cəfasız,
Məzlum ömür sürür zövqü-səfasız,
Həyat bir filmdir ismi "VƏFASIZ."
Yaltaq-xəbisləri baş qəhramandır,
İlahi, sən saxla gör nə zamandır.
Ağakişi Çingizoğlu






