Sərxan Əzizov
Dəyəri bilinmir dəyər verənin,
Dəyəri sonunda dəyərsiz alır.
Günahsız olanlar çəkir cəzanı,
Günahı olanlar cəzasız qalır.
Kimlərki yaşayır öz ədəbilə,
Həyatda hər kəsi ədəbli sanır.
Əgərki, çoxdursa pulu cibində,
Hörmətsiz insanda hörmət qazanır.






