Bir başqa sevərəm amma
Mən səni sən olmadan da sevə bilərəm,
Sən olsan, bir başqa sevərəm, amma.
Səsini eşitmədən sevə bilərəm,
Səsindən adımı eşitsəm, bir başqa sevərəm, amma.
Toxunmadan da sevə bilərəm,
Ətrini duymadan da sevə bilərəm,
Əlini tuta bilsəm, bir başqa sevərəm, amma.
Getdiyim hər yerdə sevə bilərəm,
Çağıran sən olsan, bir başqa sevərəm, amma.
Öldüyüm anda da sevə bilərəm, Yaşarkən bir başqa sevərəm, amma...






