Poeziya
Sən axı bilmirsən darıxmaq nədir,
Gözün yumuluykən ağlamaq nədir,
Səni başqasıyla görərəm deyə,
Dağılmış evindən çıxmamaq nədi?!
Nərimanlı
Mənmi anlamıram daxırmaq nədir?
Dilsiz bir ağırda boğulmaq nədir?
Dünyanı bir ovuc otağa sıxıb,
Özün-öz içində yox olmaq nədir?!
Vira
Kaş elə darıxam mən də sənintək,
Kaş biləsən öyrəşməyin ağrısın.
Gecələr ovcuna yığılsın kədər,
Ruhun ayrılığın qəhrin bağırsın.
Nərimanlı
Sən necə öyrəşdin bu ayrılığa?
Mənə də öyrət ki, susum sənintək.
Mən hələ dustağam bu qaranlıqda,
Kaş mən də öyrəşə bilsəm sənintək.
Vira






