ice berg

ice berg İdman 28-05-2026, 06:00

“Liverpul”da Salahı o əvəzləyəcək

“Liverpul”da Salahı o əvəzləyəcək

“Liverpul” yay transfer pəncərəsindən öncə Yankuba Mintehnin transferi ilə bağlı ilkin sorğu göndərib.

 

Loading.az xarici mediaya istinadla bildirir ki, mersisayd təmsilçisi “Brayton”un qambiyalı hücumçusunu komandanın hücum xəttini gücləndirmək üçün namizədlərdən biri hesab edir. Klubun bu addımı hücumçu Məhəmməd Salahın rəsmi ayrılığından sonra gündəmə gəlib.

 

Bildirilir ki, 21 yaşlı hücumçu uzun müddətdir “Liverpul”un diqqət mərkəzindədir və “Brayton”dakı daha bir uğurlu mövsümdən sonra ona maraq daha da artıb.


Transfer marağını artıran amillərdən biri də futbolçunun baş məşqçi Arne Slotla münasibətləridir. Slot Mintehin oyun tərzinə və potensialına hələ “Feyenoord”da birlikdə çalışdıqları dövrdən yüksək qiymət verir.

 

Danışıqların hələ ilkin mərhələdə olduğu, rəsmi təklifin isə təqdim edilmədiyi bildirilir. Mintehin “Brayton”la müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir ki, bu da klubun danışıqlarda mövqeyini gücləndirir.

 

Transfermarkt portalının məlumatına görə, qambiyalı futbolçunun bazar dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
94 74 98 62 101 108

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.