Nika77

Nika77 Şeirlər 5-06-2026, 14:30

Mən sənin ağlından keçirəmmi heç¿

Mən sənin ağlından keçirəmmi heç¿

Bir sual var, yeyib bitirir məni,

Arzuda, xəyalda itirir məni, 

Arada aparıb gətirir məni, 

Mən sənin, ağılından keçirənmi heç?

İndi xəyalıma gəlib gedirsən,

Gecələr yuxuma tez-tez gəlirsən, 

Hər gün ağlımdasan, özün bilirsən, 

Mən sənin ağılından keçirəmmi heç?

Ruhumda, ağlımda yerin bəllidir,

Köhnə xatirələr bir təsəllidir, 

Bütün arzularım hamsı sənlidir, 

Mən sənin ağılından keçirəmmi heç?

Hər gün ümidlərlə baş-başa qaldım,

Sənli günlərimi yadıma saldım, 

Yatmadım gecələr, xəyala daldım, 

Mən sənin ağılından keçirəmmi heç?

Günəşli səmada qaranlıq oldu,

Getdin, aşiqinin gözləri doldu, 

Soruşmadın sənsiz sonum nə oldu, 

Mən sənin ağılından keçirəmmi heç?

Müəllif: Haldun Abdullayev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
78 118 112 128 97 120

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.