Ulyaa

Ulyaa Mətbəx 15-06-2026, 10:52

Yapon tortu

Yapon tortu

Tərkibi

3 ədəd yumurta
120 qr ağ şokolad
120 qr maskarpone pendiri (iran qaymağı və ya labne pendiri de olar)

Hazirlama qaydasi

Şokoladı kiçik hissələrə bölüb, istiyədavamlı qaba tökün. Su hamamında əridin. Yumurtaların ağını sarısından ayırın. Ağını tam bərkiyənədək mikserlə çalın. Ərimiş şokoladı maskarpone pendiri ilə yaxşıca çalın. Qarışıma yumurta sarılanı da əlavə edib, qarışdırmağa davam edin. Mikserlə çalınmış yumurta ağlarını da, hissə-hissə kütləyə tökün. Aşağıdan yuxarı doğru ehtiyatla qarışdırın.

Kənarı açılabilən soba qabının dibinə və kənarlarına yağlı kağız yerləşdirin. Xəmiri qabın içinə tökün. Ümumiyyətlə istənilən növ çizkeykin üzəri çatlamasın deyə bişirərkən, xəmir olan qab, digər geniş soba sinisinin içinə qoyulur. Sininin içərisinə isə təxmini 1/4 l su tökülür ki, xəmir bişən zaman su buxarlanıb, onu çatlamaqdan qorusun. Bu tort da çizkeykə bənzədiyi üçün, eyni qaydada hazırlaya bilərsiniz. Yapon tortu 170 dərəcə isidilmiş sobada cəmi 15 dəqiqə bişirilir. Sobadan çıxardıb, biraz soyutduqdan sonra qaymaq və şokoladın vəhdətindən zövq ala bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
86 96 101 84 95 71

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.