cabir

cabir Xəbərlər 15-06-2026, 09:00

Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI

Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI

ABŞ və İran arasında sülh sazişinin əldə olunduğu barədə yayılan məlumatlardan sonra qlobal bazarda neft kəskin ucuzlaşıb.                    Sun.Az  

xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.                

Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 4.09 dollar (4.68%) ucuzlaşaraq bir barel üçün 83.24 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 3.05 dollar (3.37%) azalaraq bir barel üçün 87.33 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 4.27 dollar (5.03%) azalaraq bir barel üçün 80.61 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 2.83 dollar (3.23%) ucuzlaşaraq bir barel üçün 84.88 dollara satılmışdı.

                         

    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 102 82 82 65 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.