cabir

cabir Xəbərlər 16-06-2026, 08:30

Filippində baş verən zəlzələdə ölənlərin SAYI ARTIR

Filippində baş verən zəlzələdə ölənlərin SAYI ARTIR

Filippinin cənubunda yerləşən Mindanao adasında baş vermiş 7.8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 65-dən 68-ə yüksəlib.       Sun.Az                 

xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıb.                       

Qeyd edilib ki, daha 33 nəfər isə itkin düşmüş hesab olunur.

Təbii fəlakətin fəsadları təxminən 1.4 milyon insana təsir göstərib, onlardan 18.5 min nəfəri təxliyə mərkəzlərinə yerləşdirilib.

Qeyd edək ki, yeraltı təkanlar iyunun 8-i səhər saatlarında Mindanao adasının cənub sahillərində qeydə alınıb. Yerli hakimiyyət orqanları 2 500 evin zədələndiyini, onlardan 460-nın isə tamamilə dağıldığını bildiriblər. Təbii fəlakət ən çox adanın cənubundakı Qərbi Davao və Saranqani əyalətlərinə, həmçinin Xeneral-Santos şəhərinə ziyan vurub. Sözügedən regionda 735 mindən çox sakin zəlzələnin fəsadları ilə üzləşib.

            

              

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
92 71 81 80 104 80

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.