Boreç

Boreç Şeirlər 17-06-2026, 20:30

Keçsə də 30-il mənim olarsan

Keçsə də 30-il mənim olarsan

Sənsizlik bağlayıb yara bağrımda,

Gəl yenə saçını dara bağrımda. 

Qarabağ olmusan qara bağrımda, 

Keçsə də otuz il, mənim olarsan.


Həsrəti özümə qoşub gələrəm,

Çaylara qovuşub, daşıb gələrəm. 

Dağları birbəbir aşıb gələrəm, 

Bir gecə sən qəfil mənim olarsan.


Etmərəm əhdimə nəzir-niyazı,

Eşqimdən xəbərdar, Tanrı da razı. 

Ya şəhid olaram, ya da ki qazi, 

Sən də bir qərənfil, mənim olarsan.


                      Müəllif: Xəzər Bəy Hikmətoğlu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
79 102 95 87 83 80

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.