Badamli,şokoladlı xurma resepti
Lazım olan ərzaqlar
-
15–20 ədəd iri xurma (çəyirdəyi çıxarılmış)
-
15–20 ədəd badam
-
150 q tünd və ya südlü şokolad
-
1 çay qaşığı kokos yağı (istəyə görə)
-
Bəzəmək üçün üyüdülmüş püstə, hindqozu yonqarı və ya doğranmış badam
Hazırlanması
-
Xurmaların bir tərəfini uzununa kəsin və çəyirdəklərini çıxarın.
-
Hər xurmanın içinə bir ədəd badam yerləşdirin.
-
Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin. Daha parlaq olması üçün kokos yağı əlavə edə bilərsiniz.
-
Badam doldurulmuş xurmaları əridilmiş şokolada batırın və tam örtülməsini təmin edin.
-
Şokoladlı xurmaları yağlı kağız sərilmiş nimçəyə düzün.
-
Üzərinə püstə, hindqozu yonqarı və ya doğranmış badam səpin.
-
Soyuducuda 20–30 dəqiqə saxlayın ki, şokolad bərkiysin.






