ABŞ liderindən Ərdoğanla bağlı diqqətçəkən açıqlama
ABŞ Prezidenti Donald Tramp Rusiya, Türkiyə və Çinin İran ətrafında yaranmış gərginlik fonunda ABŞ-İsrail tərəfi ilə qarşıdurmaya müdaxilə etməməsini yüksək qiymətləndirib. Sun.Az
xəbər verir ki, bu barədə TASS agentliyi Amerika liderinin Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Tramp bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan münaqişəyə qoşula biləcək əsas liderlərdən biri hesab olunurdu və ehtimal ki, İranı dəstəkləyə bilərdi.
"Bildiyiniz kimi, o, İsrailin böyük tərəfdarı deyil. Mən ondan münaqişəyə müdaxilə etməməsini xahiş etdim və o da bu xahişə əməl etdi", - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Çin Prezidenti Si Cinpinqlə də bu məsələni müzakirə edib və Çin lideri onun müraciətinə müsbət cavab verib.






