Şahin Əsədov yazır ki...
Qorxurdum bir səni, itirməyimdən,
Oda ki, qorxduğum başıma gəldi.
Mənim ən əzablı, çətin günlərim,
Həyatda ən gözəl, yaşıma gəldi.
Nə vaxt darıxmısan, o an yanına,
Bir an düşünmədən, həmən gəlmişəm.
Sənin üzüntünü, sənin qəmini,
Özümün ən böyük, dərdi bilmişəm.
Xatirən əzabtək, düşüb canıma,
Hər günün gecəsi, məni öldürür.
İşə bax bir vaxtlar, mənimlə gülən,
İndi özgələrə, məni güldürür.






