ice berg

ice berg İdman 27-06-2026, 13:00

Dünya Çempionatı: 5 komanda pley-offa yüksəldi

Dünya Çempionatı: 5 komanda pley-offa yüksəldi

Paraqvay, Misir, Portuqaliya, İngiltərə və Qana milli komandaları futbol üzrə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

Loading.az xəbər verir ki, şənbəyə keçən gecə H qrupunda İspaniya millisi Uruqvay yığmasını 1:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Uruqvay qrup üçüncüləri arasında ən yaxşı səkkiz komanda sırasına düşmək şansını itirib.

Pley-offa yüksələn Paraqvay, Misir, Portuqaliya, İngiltərə və Qana qrup mərhələsində artıq 4 xal toplayıblar. A qrupunda üçüncü olan Cənubi Koreya (3 xal), C qrupunda üçüncü pillədə qərarlaşan Şotlandiya (3 xal), H qrupunda Uruqvay (2 xal) və I qrupunda Seneqal (3 xal) bu göstəricini üstələyə bilməyəcəklər.

Beləliklə, qrupunu üçüncü pillədə başa vuran və ən azı 4 xal toplayan bütün komandalar ən yaxşı səkkizlikdə yer alaraq pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

 

Xatırladaq ki, futbol üzrə dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq. Reqlamentə əsasən, hər qrupdan ilk iki yeri tutan komandalar və üçüncü yeri tutan ən yaxşı səkkiz yığma pley-off mərhələsinə yüksəlir. Turnirin son qalibi isə Argentina millisidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
67 89 82 85 97 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.