cabir

cabir İdman 29-06-2026, 18:00

Cənubi Koreya prezidenti millinin oyununun araşdırılmasını əmr etdi

Cənubi Koreya prezidenti millinin oyununun araşdırılmasını əmr etdi

Cənubi Koreya Prezidenti Li Çje Myon futbol üzrə milli komandasının dünya çempionatındakı uğursuzluğunun səbəblərinin araşdırılmasına dair göstəriş verib.                     Sun.Az                 

z xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.                         

"Bu gözlənilməz nəticə ilə bağlı nəinki çaşqınlıq, həm də tam bir heyrət içindəyəm. Yekunda bir daha sübut olundu ki, hər şeyi kadrlar həll edir", - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, məğlubiyyətə səbəb qeyri-peşəkar mütəxəssislərin təyinatı, eləcə də yanlış kadr və maliyyə siyasəti olub. Bunun nəticəsində isə vergi ödəyicilərinin pulları təyinatı üzrə xərclənməyib.

Li Çje Myon Mədəniyyət, İdman və Turizm Nazirliyinə baş vermiş hadisənin köklərini dərindən öyrənməyi və gələcəkdə belə halların təkrarlanmaması üçün müvafiq addımlar atmağı tapşırıb.

Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreya yığmasının baş məşqçisi Hon Myon Bo komandanın DÇ-2026-da mübarizəni dayandırmasından sonra istefa verdiyini açıqlamışdı.

DÇ-2026 çərçivəsində A qrupunda yer alan Cənubi Koreya millisi üçüncü pillədə qərarlaşıb. Komanda keçirdiyi üç oyunda üç xal toplaya bilib. İlk turda çexlərə 2:1 hesabı ilə qalib gələn koreyalılar, daha sonra həm Meksika, həm də CAR yığmalarına eyni - 0:1 hesabı ilə məğlub olublar.

                             

                              

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
85 107 91 69 91 110

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.