Vitkoff İranla danışıqlar üçün Dohaya gedir
ABŞ-ın iki rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İran danışıqlarının bu gün Qətərdə keçirildiyini və onun nümayəndəsi Stiv Vitkoffun paytaxt Dohaya gedəcəyini bildirib. Sun.Az
CNN-ə istinadən xəbər verir ki, lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, yaxın günlərdə ABŞ ilə heç bir səviyyədə danışıqlar planlaşdırılmır, baxmayaraq ki, bu həftənin sonlarında ekspert İran nümayəndə heyəti Dohaya səfər edəcək.
Bəqayi bildirib ki, İran və ABŞ hələlik yekun razılaşma üzrə danışıqlar mərhələsinə daxil olmayıblar.
Müəllif: İlkin Məmmədkərimov






