MDB baş katibi: Gürcüstanın təşkilata qayıtması gündəmdə deyil
Müstəqil Dövlətlər Birliyi-nin baş katibi Sergey Lebedev Gürcüstanın təşkilata qayıtması ilə bağlı məsələyə münasibət bildirib. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, Lebedev hazırda Gürcüstanın MDB-yə qayıtmasının gündəmdə olmadığını deyib.
Gürcüstanın MDB-yə qayıtmasına gəldikdə isə, hazırda bu barədə heç bir söhbət getmir", - deyə o bildirib.
Baş katibin sözlərinə görə, bunun əsas səbəbi Abxaziya və Cənubi Osetiya ilə bağlı həllini tapmamış məsələlərdir.
Lebedev əlavə edib ki, buna baxmayaraq, Gürcüstan MDB çərçivəsində bağlanmış təxminən 34 sazişin tərəfi olaraq qalır.






