Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2000-ə çatıb
Venesuelada 24 iyun tarixində baş verən iki böyük zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır. Sun.Az
CNN-ə istinadən xəbər verir ki, Milli Assambleyanın prezidenti Xorxe Rodriges çərşənbə axşamı bildirib ki, 1900-dən çox insan ölüb, 10 mindən çox insan yaralanıb. La Guaira sahil əyaləti zəlzələlərdən sonra "fəlakət zonası" elan edilib.
Oregon Dövlət Universitetinin təhlilinə görə, əyalətdəki binaların iyirmi doqquz faizinin zədələndiyi, sahil ərazilərinin isə daha çox zərər gördüyü düşünülür.
Müəllif: İlkin Məmmədkərimov






