ABŞ və İran danışıqlarında yeni mərhələ: Hörmüz boğazı əsas müzakirə mövzusudur
Oman ABŞ və digər Qərb müttəfiqlərinə Hörmüz boğazından keçidlə bağlı ödəniş mexanizmini nəzərdə tutan plan təqdim edib. Sun.Az
xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, planın detalları amerikalı nümayəndələr arasında narahatlıq yaradıb. Onlar təklifin şərtlərini müzakirə etməyə hazırlaşırlar.
Məqalədə bildirilir ki, təklifdə məcburi deyil, könüllü ödənişlər nəzərdə tutulur. Həmçinin qeyd olunur ki, Hörmüz boğazının gələcək statusu ABŞ və İran arasında davam edən, uzunmüddətli sülh sazişinin əldə olunmasına yönəlmiş danışıqlarda əsas müzakirə mövzularından biri olaraq qalır.






