ice berg

ice berg İdman 2-07-2026, 12:00

DÇ-2026: Belçika 1/8 final mərhələsində

DÇ-2026: Belçika 1/8 final mərhələsində

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir.

Loading.az xəbər verir ki, pley-off mərhələsində Belçika və Seneqal milliləri üz-üzə gəlir.

Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

İlk hissə Seneqalın 1:0-lıq üstünlüyü ilə bitib. 25-ci dəqiqədə Diarra fərqlənib. Afrika təmsilçisi ikinci hissəyə də qolla başlayıb. Bu dəfə İsmaila arr dəqiq oynayıb: 2:0.


86-cı dəqiqədə Belçika Lukakunun qoluyla hesab arasındakı fərqi azaldıb. 3 dəqiqə sonra avropalılar bərabərlik qolunu da vurub. Tilemans başla dəqiq oynayıb: 2:2.

Oyunun əsas vaxtında başqa qol olmayıb və görüş əlavə vaxta gedib.

Əlavə vaxtın ikinci hissəsinin son dəqiqəsində Belçika penalti qazanıb. Topun arxasına keçən Tilemans dəqiq oynayıb və Belçikanı 1/8 final mərhələsinə aparan qolu vurub: 3:2.

"Qırmızı şeytanlar" hesabı 0:2-dən 3:2 edərək adını növbəti mərhələyə yazdırmağı bacarıb.

Belçika 1/8 finalda ABŞ – Bosniya və Herseqovina duelinin qalibi ilə üz-üzə gələcək.

DÇ-2026
1/16 final
2 iyul
00:00. Belçika - Seneqal 3:2

Qol: H. Diarra, 25, İ. Sarr, 51, Lukaku, 86, Tilemans, 89, 120+5

Belçika: Kurtua, Kastan, Meşele, Teate, De Kuyper, Tilemans, Vanaken, Trossar, De Bruyne, Doku, De Ketelare

Seneqal: Diau, Jakobs, Niakhate, Ciss, Diatta, Qeye, Qeye, Mane, Sarr, Ndiaye, Diarra

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
72 83 75 79 80 63

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.