Ermənistan müxalifət lideri həbsdə saxlanıldı
Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi müxalifətdə olan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Bu barədə TASS agentliyinə onun vəkili Yerem Sarkisyan məlumat verib.
"Məhkəmə iki aylıq həbs qətimkan tədbiri ilə bağlı vəsatəti təmin edib", - deyə vəkil bildirib.
Yerem Sarkisyan məhkəmənin həbs qərarının qanuniliyini müzakirə etmədiyini vurğulayıb. Onun sözlərinə görə, qərar əvvəlcədən hazırlanmışdı və məhkəmə prosesi yalnız formal prosedurların yerinə yetirilməsi xarakteri daşıyıb.






