Əfsanəvi canavarın sirri açılır? DNT nəticələri müzakirə yaradır
Amerikalı ovçu Çarlz Stüart əfsanəvi "Biqfut" (Bigfoot) hesab etdiyi məxluqun qalıqlarını tapdığını iddia edib. O bildirib ki, qalıqlar DNT analizinin aparılması üçün laboratoriyaya göndərilib.
Bu barədə New York Post qəzeti məlumat yayıb.
Stüartın sözlərinə görə, o, sözügedən qalıqları 2024-cü ildə ABŞ-ın Nyu-York ştatının şimalındakı Adirondak dağlarında aşkar edib. Yayılan fotolarda onun meşəlik ərazidə uzanan iri, tüklü humanoid məxluqun yanında dayandığı görünür.
Amerikalı ovçu iddia edir ki, DNT analizinin nəticələrinə əsasən, nümunənin 58,5 faizinin neandertal, 41,5 faizinin isə insan mənşəli olduğu müəyyən edilib. Onun sözlərinə görə, analiz Kornell Universitetinin mütəxəssisləri tərəfindən aparılıb.






