cabir

cabir Xəbərlər 16-07-2026, 09:30

Rusiyanın Sverdlovsk vilayətində daşqın: Yüzlərlə ev su altında qaldı

Rusiyanın Sverdlovsk vilayətində daşqın: Yüzlərlə ev su altında qaldı

Rusiyanın Sverdlovsk vilayətində leysan yağışlarının yaratdığı daşqınlar yaşayış məntəqələrində ciddi fəsadlara səbəb olub.                            Sun.Az                    

ABC News-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, son 24 saat ərzində 130 yaşayış evi və 185 həyətyanı sahəni su basıb. Ən ağır vəziyyət İrbit şəhərində qeydə alınıb. Burada 124 ev daşqının təsirinə məruz qalıb. Nevyansk şəhərində isə 84 həyətyanı sahə su altında qalıb.              

Hazırda vilayət üzrə ümumilikdə 443 yaşayış evi və 1 792 həyətyanı sahə daşqın sularının təsiri altındadır.

Təhlükəsizlik məqsədilə İrbit bələdiyyəsində 200-ə yaxın uşaq və onlarla böyüklər təxliyə edilərək təhlükəsiz ərazilərə yerləşdirilib. Fövqəladə xidmətlərin fəsadların aradan qaldırılması istiqamətində işləri davam edir.

Müəllif: İlkin Məmmədkərimov

                                  

                                            

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
43 41 36 45 36 55

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.