Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adası yaxınlığında 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. Sun.Az
NBC News-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Kaqoşima prefekturasına aid Taneqaşima adasının şərq sahilləri yaxınlığında, dəniz akvatoriyasında yerləşib. Zəlzələnin ocağı təxminən 40 kilometr dərinlikdə qeydə alınıb.
Rəsmi məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmayıb, ciddi dağıntılar da qeydə alınmayıb. Agentlik həmçinin bölgə üçün sunami təhlükəsinin olmadığını açıqlayıb.
Müəllif: İlkin Məmmədkərimov






