Ulyaa

Ulyaa Dəri və saç 22-07-2026, 12:00

Süngər, ya əl ilə sabunlanmaq? - Dəri problemlərindən qorunmağın yolu

Süngər, ya əl ilə sabunlanmaq? - Dəri problemlərindən qorunmağın yolu

Duş qəbul edərkən istifadə olunan süngərlər dəriyə zərər verə bilər.

Loading.Az xəbər verir ki, bu barədə dermatoloqlar Loren Talya və Keti Laynam "HuffPost" nəşrinə müsahibələrində danışıblar.

Mütəxəssislər bu geniş yayılmış vərdişin dəri üçün yarada biləcəyi risklər barədə xəbərdarlıq ediblər. Keti Laynam qeyd edib ki, süngərlər düzgün yuyulmadıqda və ya nəm halda saxlanıldıqda, üzərlərində bakteriyalar sürətlə toplanır.

"Ekzema, psoriaz və həssas dərisi olan, həmçinin yaşlı xəstələrimin əksəriyyətinə əl ilə yuyunmağı məsləhət görürəm", - deyə dermatoloq bildirib. Onun fikrincə, sızanaq, iltihab və digər dəri problemlərinə meyilli insanlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar.

Loren Talya da duş zamanı əl ilə yuyunmağın ən təhlükəsiz üsul olduğunu vurğulayıb. Mütəxəssis izah edib ki, bu zaman dəriyə edilən təzyiqi əlin köməyi ilə daha rahat tənzimləmək mümkündür. Bundan əlavə, əl ilə yuyunmaq bakteriyaların yayılma riskini azaldır və xüsusilə həssas dərinin təbii qoruyucu baryerini daha yaxşı mühafizə edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
90 73 94 88 85 81

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.