ice berg

ice berg Programlar 22-07-2026, 21:00

“WhatsApp”da telefon nömrəsi paylaşmaq məcburiyyəti aradan qalxır

“WhatsApp”da telefon nömrəsi paylaşmaq məcburiyyəti aradan qalxır

“WhatsApp” istifadəçilərə telefon nömrəsini paylaşmadan əlaqə saxlamağa imkan verəcək yeni "istifadəçi adı" funksiyasını istifadəyə verməyə hazırlaşır.

 

Loading.az xəbər verir ki, yenilik sayəsində insanlar bir-birini telefon nömrəsi əvəzinə seçdikləri istifadəçi adı ilə tapa və yazışa biləcəklər.

 

Yeni istifadəçi adları unikal olacaq və müəyyən qaydalara uyğun seçiləcək.

 

İstifadəçilər istədikləri vaxt bu adı dəyişə və ya silə biləcəklər. Funksiya xüsusilə məxfilik baxımından üstünlük yaradacaq, çünki şəxsi telefon nömrəsini tanımadığı insanlarla paylaşmağa ehtiyac qalmayacaq.

 

Yeniliyin yaxın aylarda mərhələli şəkildə bütün “WhatsApp” istifadəçilərinə təqdim olunacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
59 63 45 77 53 78

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.