Ulyaa

Ulyaa Maraqlı 24-07-2026, 18:00

Avqustun 5-də Ayda qeyri-adi hadisə baş verəcək

Avqustun 5-də Ayda qeyri-adi hadisə baş verəcək
Avqustun 5-də istifadə olunmuş Falcon 9 raketinin yuxarı pilləsinin Ay səthinə çırpılması gözlənilir.
Loading.az xəbər verir ki, alimlərin fikrincə zərbə nəticəsində Ayın səthində yeni krater əmələ gələcək və hadisə elmi baxımdan maraqlı məlumatlar əldə etməyə imkan verəcək.
Tədqiqatçılar hesab edirlər ki, toqquşma zamanı havaya qalxacaq toz buludu və yaranacaq krater yüksək dəqiqlikli teleskoplar vasitəsilə müşahidə ediləcək. Əldə olunacaq məlumatlar Ayın səthinin quruluşunu və xüsusiyyətlərini daha dərindən öyrənməyə kömək edə bilər.
Mütəxəssislərin sözlərinə görə, bu cür nəzarət olunan və ya əvvəlcədən proqnozlaşdırılan toqquşmalar kosmik cisimlərin tədqiqi baxımından nadir imkan hesab olunur.
Hadisənin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən rəsədxanalar tərəfindən izlənəcəyi gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
61 72 60 58 60 68

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.