weher uwagi

weher uwagi Maraqlı 24-07-2026, 19:30

Sirli hadisələr və onların sadə izahı – 1

Sirli hadisələr və onların sadə izahı – 1

Bizim dünya sirli və naməlum olanlarla doludur və bütün müammalar ürpədicidir və düşüncələrimizi sınayır. Lakin bəzən sadə hadisə və təzahürlərə sirli bir aura bəxş edən elə biz özümüz oluruq. Bu da ona görədir ki, belə maraqlıdır. Bütün baş vermiş müxtəlif cür sirli hadisələr 5 hissəli olmaqla bu məqalədə bir-bir sizə təqdim olunacaq.

Dyatlov turist qrupunun ölümü

Sirli hadisələr və onların sadə izahı – 1

1959-cu ilin yanvarında Ural Politexnik İnstitutunun 9 gənc turist tələbə və məzunu Sverdlovsk vilayətinin şimalına səfərə yollandılar. Səfərə beşinci kurs tələbəsi İqor Dyatlov rəhbərlik edirdi. Bu yürüşün son məqsədi Otorten (mansi dilindən tərcümədə “oraya getmə” deməkdir) dağı idi ki, turistlər oranı fəth edib geri dönmək istəyirdi. Lakin, turistlər qayıda bilmədi.

Fevralın 26-da turistlərin içəridən yırtılmış çadırı Holat Syahl dağının (“ölülər dağı”) yamacında aşkar edilmişdir. Çadırın içindəkilərə əsasən o, bütün turistlər tərəfindən dərhal tərk edilmişdi – orada turistlərin əşyaları, ayaqqabısı, pullları və ərzaqları tapılmışdı. Daha sonra yürüşün bütün 9 iştirakçısının cəsədləri tapıldı.

Aydın oldu ki, onlardan bəzisi soyuqdan, digərləri çoxsaylı zədələrdən ölmüşdü. Cəsədlərin çoxusu pis geyimdə və ayaqqqabısız tapılmışdı. Bundan başqa, turist qızlardan birinin dili yox idi və bəzi geyim əşyalarında radioaktiv maddəli idi. Cinayət işi turistlərin ölüm səbəbinin “qarşısını ala bilməyəcəkləri təbii qüvvə” olması nəticəsilə bağlandı.

Son bir neçə ildə bu hadisə internetdə böyük səs-küy yaratdı. Çoxsaylı nəzəriyyələr ortaya çıxıb, bir çox həvəskar “tədqiqatçı” Dyatlov qrupu üzvlərinin ölümü ilə bağlı yadplanetlilər, ruhlar və hətta Bigfoot (və yaxud qar adamı – Şimali Amerikanın meşələrində gəzdiyi ehtimal edilən, boyu 2 ilə 4,5 m arasında dəyişən tüklü və insanabənzər əfsanəvi məxluq) kimi ekzotik izahlara üstünlük verir.

Sadə izah:

Bu hekayədəki yeddi sirli amil insanların təxəyyülünü hərəkətə gətirir: cəsədlərdən birində dilin olmaması, cəsədlərin dərisində qəribə narıncı çalar, içəridən yırtılmış çadır, ölənlərin üzərində isti geyimlərin olmaması, təkcə üç turistdə aşkarlanan xəsarətlər və əlbəttə ki, ölənlərin geyimi üzərində radioaktiv izlərinin olması. Bundan əlavə, bəzi məllumatlara görə turistlərin həlak olduğu gecə səmada od kürələri görünmdüşdü və bunu birdən çox insan müşahidə etmişdi.

Xatırlayaq ki, turistlərin cəsədləri ölümlərindən bir neçə həftə sonra tapılmışdı (aşkar olunan gündəliklərə əsasən “dyatlovlar”ın fevralın 1-dən 2-nə keçən gecə öldüyü ehtimal edilir). Dörd cəsəd yalnız may ayında qar əriməyə başlayanda tapıldı. Vəhşi heyvanlar cəsədi yumşaq hissələrdən – bu vəziyyətdə dilindən yeməyə başlayır. Cəsədlərin narıncı çaları onların qarın içində uzun müddət günəş altında qalması nəticəsində yaranmış ola bilərdi.

Turistlərin xəsarətlərini və çadırın parçalanmasını çadıra qar uçqununun gəlməsilə izah etmək olar. Turislər ayaqqabı və paltar geyinməyə macal tapmadan çadırı kəsib açdılar və qaçdılar. Bundan başqa, donan adamlar bəzən geyinmək əvəzinə soyunurlar, bu, donan adamın beyin fəaliyyətinin pozulması ilə əlaqədardır. Radioaktivlik və “od kürələrinə” gəldikdə, orijinal sənədlərdə bu barədə heç nə deyilmir. Deyəsən, bütün bunlar sensasiya sevən insanlar tərəfindən uydurulmuşdu.

Beləliklə, Dyatlov qrupunun başına bədbəxt hadisədən daha böyük nəyinsə baş verdiyini göstərən heç nə yoxdur. Mistik və sui-qəsd nəzəriyyələrinin tərəfdarları bununla razılaşmaq istəmir və Dyatlov qrupu üzvlərinin hər hansı bir “təbiət qüvvəsi” tərəfindən deyil, başqa bir şey, qat-qat daha maraqlı bir şey tərəfindən öldürldüyünə dair yeni sübutlar axtarırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
25 63 50 53 63 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.