Budda

Budda Müxtəlif 26-07-2026, 19:00

Dünyanın hambalı

Dünyanın hambalı

insan ölümə çatanda, yaşamının sonunda nə düşünür görəsən? lap düşünə bilməsə, iki gün vaxt verə bilsələr, nə düşünər? "kaş istədiyim şeyləri edərdim, kaş mənasız şeylərə vaxt ayırmazdım" — amma nə fayda? düşünəndə ki, əgər ölümün ayağına gəlmişəmsə, onları eləmişəm-eləməmişəm, nə mənası var ki? lap maddiyyatın oldu, istədiklərini etdin; ya da heç maddiyyatlı istəklərin az oldu, onları etdin; lap səfil yaşadın — nolsun?
​insan doğulanda dünyanın himayəsinə keçir. hambal kimi... dünyanın bəlkə də ruhu var, düşüncəsi var; bəlkə də baxıb gülür insanlara. bir hava olsaydım, ya bir yoxluq, ya da insan olmayan amma var olan bir şey olub insana baxsaydım, düşünə bilsəydim, ağlıma ilk "niyə?" sualı gələrdi. nə üçün? hər şey xaosdan var olub. buna görə də "niyə" sualına nizamlı cavab vermək, sıralı, başa düşülən cavab vermək mümkün deyil. yaxşı, bəs insan bu sudan içibsə, sonrakı addımını necə atmalıdır?
​"insan mənasını yaratmalıdır, ona mənalı gələn nədirsə onları etməlidir" və s. — bunları deyənləri eşidirəm, amma yenə də öləndə nə fayda? öləndə o düşündüyü vaxt bu yaddaşına düşməyəcək, yaşadığı vaxt nə etdiklərini düşünməyəcək. o an bəlkə: "kaş insanları da düşünməyib vaxtımı biraz da özümə verərdim" — deyəcək, amma bir də ağlına gələcək ki, nolsun? lap hər nə oldu, nə yaşadım, fərqi nədir? yenə də indi öləcəm, nə fərqi var?
​bax, onda ölümün yanında olduğu onu qorxutmayacaq. 100% özünü aldadıb müxtəlif sözlər deməyəcək, fikirlər düşünməyəcək. özünü aldan adam öləcəyini dərk etməyən adamdır, ta ki ayağına gedənə qədər. düzü özünə deyəcəksən, ya da ürəyin az qala partlayacaqmış kimi olacaq, təslim olacaqsan. o an cavabının olmadığını, xaos olduğunu biləndə ölümə güləcəksən. cavan kimsə varsa, soruşsa ki: "nə öyrəndin həyatdan, nədir məsləhətin?" — heç nə deməyəcəksən, sakit duracaqsan. niyə? çünki nə desən də, sonunda o da öləndə "nə olsun?" deyəcək. axhahahh

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
81 75 51 60 57 49

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.