Yaponiyanın Kyuşu bölgəsində güclü zəlzələ baş verib
Çərşənbə axşamı Yaponiyanın cənubundakı Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib. Loading.Az
Reuters-ə istinadən xəbər verir ki, nəticədə minlərlə ev elektrik enerjisindən məhrum olub, dəmir yolu xidmətləri dayandırılıb və sunami və afterşoklar barədə xəbərdarlıqlar edilib. Yaponiya hökuməti Yaponiyanın cənubundakı Kyuşu adasında yerləşən Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturalarında təcili zəlzələ xəbərdarlığı edib.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələdən sonra 1 metr (3,28 fut) hündürlükdə dalğa olacağı barədə sunami xəbərdarlığı edilib.
Müəllif: İlkin Məmmədkərimov






