weher uwagi

weher uwagi Maraqlı 28-07-2026, 20:30

Sirli hadisələr və onların sadə izahı – 5 (SON)

Sirli hadisələr və onların sadə izahı – 5 (SON)

“Ulduz uşağı” kəlləsi (ing. Starchild skull)

1930-cu ildə Meksikanın Çiuaua şəhəri yaxınlığındakı unudulmuş mədən tunelində qəribə formaya malik kəllə sümüyü tapılmışdı. Ekspertlər müəyyən etdi ki, kəllənin təxminən 900 yaşı var. Paranormal olan hər şeyi sevənlər dərhal bildirdilər ki, kəllə yadplanetliyə və ya başqa bir sirli məxluqa aiddir. Bu kəllə sümüyünü təkcə tənbəl müzakirə etmədi, əksəriyyəti üçün sadə izahlar axtarmaq əvəzinə bu kəllənin sirli varlıqdan hesab edilməsi qat-qat maraqlı gəldi. Lakin, hər halda sadə izahı var.

Sadə izah:

Ufoloqların əksəriyyəti nədənsə yadplanetliləri az fərqlə (məsələn, dərisinin rəngi və ya gözlərinin ölçüsü baçqa cür ola bilər) insanlara bənzər hesab edir (iki göz, ağız, burun). Ancaq şəraiti yerdəkilərlə eyni olmayan başqa planetlərin varlıqları nə üçün insanlara oxşamalıdı? Bununla belə, bəzi tədqiqatçılar yadplanetlilərin mütləq şəkildə bizə oxşamaması ilə razılaşırlar, buna görə də onlar kəlləsi mədən şaxtasında tapılan “Ulduz uşağın” yerli qadınla yadplanetlinin sevgisinin bəhrəsi olduğunu bildirirlər.

Lakin, sirli və paranormal axtarışlara meylli olmayan tədqiqatçılar söyləyir ki, kəllə sümüyü 3-5 yaş aralığındakı balaca uşağa aid idi. Aydındır ki, uşaq kəllənin qəribə formasına səbəb olan inkişaf qüsurundan əziyyət çəkib. Tapmaca həvəskarları kəllənin deformasiyasına gətirib çıxaran çoxlu sayda xəstəliklərin olmasına dair məsələni niyə unudublar?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
48 59 54 53 52 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.