İsrail ordusu Qəzzanın cənubunda Həmas terror təşkilatının snayper komandirini öldürüb
İsrail ordusu bazar ertəsi günü Qəzzanın cənubunda Həmas terror təşkilatının snayper bölməsinin komandirini öldürdüyünü təsdiqləyib. Loading.Az The Jerusalem Post-a istinadən xəbər verir ki, 7 oktyabr qırğınında iştirak edən Mahmud Luh, HƏMAS-ın Nuseirat batalyonunun son snayper özəyi komandiri idi. İsrail Müdafiə Qüvvələri həmçinin həmin gün Qəzzanın şimalında Həmasın hərbi qanadında Mahmud Taruş adlı bir tağım komandirini öldürüb.
Taruş həmçinin 7 oktyabr qırğınında iştirak edib.
Müəllif: İlkin Məmmədkərimov






