Hindistanın Assam ştatında daşqınların fəsadları ağırlaşır: Ölənlərin sayı 78-ə yüksəldi
Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışların səbəb olduğu daşqınlar ağır nəticələrə yol açıb. Loading.Az
ABC News-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə çatıb.
Məlumata əsasən, hazırda 300 mindən çox sakin daşqınlardan zərər görüb, 551 yaşayış məntəqəsi isə su altında qalıb. Ən kritik vəziyyət Çaraydeo dairəsində qeydə alınıb. Burada 137 mindən artıq insan təbii fəlakətin təsirlərinə məruz qalıb.
Daşqınlar nəticəsində yollar, yaşayış evləri, məktəblər və digər infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Xilasetmə və yardım işləri davam etdirilir.
Müəllif: İlkin Məmmədkərimov






