Saakaşvili: "Beş ildir qeyri-insani şəraitdə saxlanılıram"
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadakı şəraitdən şikayətlənərək, bunun qeyri-insani olduğunu və beynəlxalq standartlara əsasən işgəncəyə bərabər sayıldığını iddia edib. Loading.Az
xəbər verir ki, o, bununla bağlı açıqlamasını "Facebook" hesabında paylaşıb.
Saakaşvilinin sözlərinə görə, o, kiçik, qaranlıq, havalandırılmayan və antisanitar şəraiti olan kamerada saxlanılır. Keçmiş prezident digər siyasi məhbusların da oxşar şəraitdə olduğunu iddia edib.
Məktubunda Saakaşvili xatırladıb ki, oktyabrın 1-də onun həbsinin beşinci ildönümü tamam olacaq. O bildirib ki, beynəlxalq standartlara əsasən, bir şəxsin uzun müddət təkadamlıq kamerada saxlanılması işgəncə və qeyri-insani rəftar hesab olunur.
Keçmiş dövlət başçısı, həmçinin qeyd edib ki, cəzaçəkmə müəssisəsi sement zavodunun yaxınlığında yerləşir. Onun iddiasına görə, həmin zavod Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili ilə əlaqəlidir və zavoddan qalxan toz nəfəs almağı çətinləşdirir.






