Azyaşlı qızla bağlı cinayət: İki miqrant həbs olundu
Rusiyanın Ulyanovsk vilayətində məhkəmə 20 və 22 yaşlı iki miqrant barəsində azyaşlı məktəbli qıza qarşı cinsi zorakılıq ittihamı ilə həbs qətimkan tədbiri seçib. Loading.Az
xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə regional idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə iyulun 27-si axşam saatlarında Lenin küçəsində yerləşən yaşayış binasının həyətində baş verib. Bildirilir ki, şübhəli şəxslər 14 yaşından kiçik qıza qarşı cinsi xarakterli zorakılıq hərəkətləri törədiblər.
Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin bütün təfərrüatları, eləcə də şübhəli şəxslərin Rusiyada qanuni əsaslarla yaşayıb-yaşamadığı araşdırılır.






