Aptekdə dava silahlı insidentlə nəticələndi
Rusiyanın Novosibirsk şəhərində aptekdə atəş açmaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Loading.Az
xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə regional idarəsi məlumat verib.
Məlumata görə, hadisə Dovatora küçəsində yerləşən aptekdə baş verib. İstintaqın məlumatına əsasən, iki kişi arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. Münaqişə zamanı onlardan biri ölümcül olmayan silahdan istifadə edərək qarşı tərəfə atəş açıb.
Polis əməkdaşları hadisədə şübhəli bilinən 28 yaşlı yerli sakini qısa müddətdə müəyyən edərək saxlayıblar. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.






