Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 19-11-2017, 11:45

Ən sağlam insanlar BU FƏSİLDƏ DOĞULUR

Ən sağlam insanlar BU FƏSİLDƏ DOĞULUR



Kembric Universiteti (Böyük Britaniya) alimləri 450 min insanın sağlamlıq haqqında məlumatını təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, yayda doğulan insanlar digər fəsillərdə doğulan insanlarla müqayisədə daha sağlam olur.
Zee News xəbər verir ki, yayda doğulan uşaqların çəkisi daha çox olur və böyüyəndə onların boyu qışda doğulanlarla müqayisədə daha hündür olur. Alimlər bunu gün şüalarının ananın orqanizminə olan təsiri ilə əlaqələndirir.
Həmçinin mütəxəssislər aşkar ediblər ki, yayda doğulan qızlarda menstruasiyalar daha gec başlayırdı. Bu müsbət göstərici sayılır. Menstruasiyaların tez başlanması qadınlarda bir sıra xəstəliklərin, o cümlədən bəzi xərçəng növlərinin riskini artırır.
Həmçinin yayda doğulan insanlar daha pozitiv olur ki, bu da onların sağlamlığına müsbət təsir edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
624 593 588 486 561 561

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.