Mariya Zaxarovadan Hirosima merinə sərt ittiham
ABŞ-ın Hirosimaya atom bombası atmasının ildönümündə Rusiyanı tənqid edən Hirosima meri Kazumi Matsui Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşib. Loading.Az
xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında paylaşım edib.
Rusiya XİN sözçüsü bildirib ki, Qərbin formalaşdırdığı narrativlər hadisələrin mahiyyətini təhrif etməklə yanaşı, insanların düşüncə tərzinə də təsir göstərir.
"İldən-ilə Hirosima meri eyni yalançı mantranı təkrarlayır, yaponların beyinlərini rusofobik çağırışlarla yuyur. Halbuki xalqımız Uzaq Şərqdə Yaponiya təcavüzünün qurbanlarını da, Hirosima və Naqasakidə baş verən faciəni də hər zaman qəbuledilməz qəddarlığın nümunəsi kimi xatırlayır", - deyə Zaxarova bildirib.






