Elon Musk Ukraynanın Starlink tələbinə "yox" deyir
Amerikalı sahibkar Elon Musk Ukraynanın SpaceX tərəfindən təqdim olunan "Starlink" peyk rabitə sistemindən istifadə ilə bağlı tələbini rədd edir. Loading.Az
xəbər verir ki, bu barədə "The Atlantic" məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov vəzifəsindən azad edildikdən sonra da "pərdəarxası" yollarla Maskın təsdiqini almağa çalışır. Fedorova yaxın mənbənin sözlərinə görə, hazırda bu istiqamətdə heç bir müsbət qərar yoxdur.
Nəşr mənbələrindən birinin bildirdiyinə görə, Musk daim "razılaşmaq vaxtıdır" mesajını verir. Sahibkarın Ukrayna rəsmiləri ilə Rusiya ilə münaqişənin daha da şiddətlənməsi riskləri barədə fikir ayrılığı yaşadığı da qeyd olunur.






