ÊLfidÂ

ÊLfid Mətbəx 19-11-2017, 20:25

Browni

Browni
Browni


Tərkibi:

`Yarım stəkan un (75 qram)
`Dörtdə bir çay qaşığı qabartma tozu
`Yarım stəkan kakao tozu
`Bir çimdik duz
`120 qram kərə yağı
`1 stəkan şəkər tozu (200 qram)
`2 yumurta
`1 çay qaşığl vanil ekstraktı (duru vanil; zəruri deyil amma brauniyə ləzzət qatır)

Hazırlanması:

Iri qabda un, qabartma tozu, kakao və duzu qarışdırın. Kənara qoyun.
Yağı əridib bir qədər soyudun (bir az isti qalmalıdır, amma qaynar olmamalıdır). Şəkər tozunu yağa əlavə edib qaşıqla yaxşıca qarışdırın. Yumurtaları bir-bir bunun üstünə qırıb qarışdırın (mikserlə çalmayın!). Vanil ekstraktınız varsa, əlavə edib yenə qarışdırın.
Unlu qarışığı yağa əlavə edib qarışdırın.
Xəmir belə qatılıqda alınmalıdır.
Sobanı 175C dərəcəyədək isidin. Xəmiri ölçüləri 23 sm olan yağlanmış kvadrat formaya boşaldın.
Sobanın orta gözündə 25 dəqiqə bişirin. Bişmiş browninin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru qalırsa, brauniniz hazırdır.
Sobadan çıxardıb soyudduqdan sonra braunini 16 kvadrata kəsib süfrəyə verin. Istərsəniz üzərinə şokolad əridib əlavə edə bilərsiniz.
Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
526 557 509 556 546 602

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.