GulsheN

GulsheN Maraqlı 19-11-2017, 20:42

Professor və Tələbə

Professor və Tələbə


Professor dərsdə tələbənin birinə sual verir: - Hər nə varsa, Allah yaradıb?


-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər-i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?!
Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb söz istədi:
- Professor, sizə sual vermək olar?
-Buyur.
Tələbə ayağa qalxaraq sual verdi:
-Professor, soyuq mövcuddur?
-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?
Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:
- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması ətraf mühitin reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.
Tələbə davam etdi:
-Professor, bəs qaranlıq mövcuddur?
-Əlbəttə mövcuddur.
- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. Çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.
Sonda tələbə bir daha sual verdi:
- Professor, bəs şər qüvvələr, şər özü mövcuddur?
- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.
Buna cavab olaraq tələbə:
- Yox, yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. Şər Allahsızlıq deməkdir. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, Allahsız qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!
Deyilənə görə, bu tələbə Albert Eynşteyn olub...


Professor və Tələbə







Redaktə Etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
566 558 540 576 526 497

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.