Serbiyalı siyasətçidən Rusiya ilə bağlı sərt mövqe
Müxalifətdə olan Serbiyanın Yeni Demokrat Partiyasının sədri Miloş Yovanoviç ölkəsinin Rusiyaya qarşı Qərbin mövqeyini dəstəkləməsi ehtimalı barədə danışıb. Loading.Az
xəbər verir ki, siyasətçi bu barədə TASS-a açıqlamasında bildirib.
Yovanoviç qeyd edib ki, Serbiya münaqişənin hər iki tərəfindəki insanlara rəğbət bəsləyir və neonasist elementlər istisna olmaqla, bütün qurbanların ölümünə təəssüf edir. O vurğulayıb ki, Serbiya heç vaxt Rusiyaya qarşı çıxmayacaq.
"Serb xalqının Qərblə Rusiya arasındakı münaqişədə Qərbin tərəfini tutması mümkün və qəbuledilən deyil. Bu, təkcə serb və rus xalqları arasında həqiqətən qardaşlıq münasibətlərini səciyyələndirən təbii və tarixi əlaqələrlə deyil, həm də Qərbin bu gün də özünü Serbiyanın və serb xalqının düşməni kimi təqdim etməsi ilə bağlıdır", - Yovanoviç bildirib.






