Ulyaa

Ulyaa Texnologiya 13-08-2026, 12:00

“Google” “AirTag”a rəqib təqdim etdi

“Google” “AirTag”a rəqib təqdim etdi

Google” “Apple”ın “AirTag” cihazına rəqib olacaq yeni “Pixel Tag” izləyicisini təqdim edib.

Loading.az xəbər verir ki, qurğu açar, pulqabı, çanta və baqaj kimi əşyaların yerini müəyyənləşdirmək üçün nəzərdə tutulub.

“Pixel Tag” “Google”un “Find Hub” şəbəkəsinə qoşulur və “Bluetooth” vasitəsilə itirilmiş əşyaların yerini tapmağa imkan verir.

Qurğuda daha dəqiq axtarış üçün “Ultra Wideband” (UWB) və “Bluetooth 6.0 Channel Sounding” texnologiyaları da var.

Şirkət cihazın qiymətini 29 dollar müəyyənləşdirib. Dörd ədədlik dəst isə 99 dollara satılacaq. “Pixel Tag”ın satışına noyabrın 11-dən başlanması planlaşdırılır.

Qurğunun batareyasının bir ildən çox işləyəcəyi, həmçinin IP67 standartı üzrə suya və toza davamlı olacağı bildirilir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
80 62 102 70 51 93

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.