cabir

cabir Xəbərlər 17-08-2026, 14:30

Etnik ermənilərə asanlıqla vətəndaşlıq verilməsi problemə çevrilib

Etnik ermənilərə asanlıqla vətəndaşlıq verilməsi problemə çevrilib

Zaqafqaziya respublikasından kənarda yaşayan etnik ermənilərin Ermənistan vətəndaşlığını asanlıqla əldə etməsi problemə çevrilib.              Loading.Az                   

xəbər verir ki, Sputnik-in Telegram kanalında yayılan məlumata görə, bunu Ermənistan Daxili İşlər nazirinin müavini Armen Qazaryan bildirib.         

Nazir müavini qeyd edib ki, Ermənistan əslində erməni etnik mənsubiyyətinə malik şəxslərin vətəndaşlıq əldə etməsi üçün hər hansı ciddi tələb irəli sürmür.

"Peşəkar fikrimcə, bu, həll edilməli olan problemdir", - deyə Qazaryan bildirib.

O qeyd edib ki, Ermənistan vətəndaşlığına ən çox müraciət edənlər Rusiyada yaşayan ermənilərdir.

Qazaryanın iddiasına görə, bu müraciətlərin əsas səbəblərindən biri bir sıra Qərb ölkələrinə viza prosedurunu sadələşdirmək və səyahət imkanlarını genişləndirmək cəhdidir.

 

                         

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
20 33 32 30 62 39

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.